Rusiya Ukrayna müharibəsində istifadə üçün uzunməsafəli hücum dronları təkmilləşdirmək və istehsal etmək məqsədilə Çində gizli silah proqramı yaradıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, dronların təkmilləşdirməsi ilə Rusiyanın “Almaz-Antey” şirkətinin törəməsi olan “İEMZ Kupol” məşğul olur.
“İEMZ Kupol” dronları təkmilləşdirmək və sınaqdan keçirmək üçün Çin mütəxəssisləri ilə çalışır.
Bildirilib ki, Çində hazırlanmış yeni bir dron modeli olan “Garpiya-3” (G3) uçuş sınağından keçirilib. 50 kq yükdaşıma qabiliyyətinə malik olan G3 təxminən 2000 km məsafə qət edə bilir.
Çində 400 kq yük daşıya bilən REM 1 hücum PUA-sının da hazırlanması ilə bağlı işlərin aparıldığı bildirilib.
“İEMZ Kupol” dronların Çindəki bir fabrikdə kütləvi istehsalına başlayacağını deyib.
Təkmilləşdirmə və sınaq prosesində Çinin “Redlepus TSK Vector İndustrial” şirkətinin də iştirak etməsi gözlənilir.
Çinin Sintzyan-Uyğur Muxtar Rayonunda Rusiya-Çin dron araşdırma və istehsal mərkəzinin yaradılması planlaşdırılır. Müəssisədə ildə 800 dron istehsal olunacağı bildirilir.
- Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi
- Azərbaycanda böyük narazılıq var... - Markov
- Daha bir azərbaycanlı məhkəməyə çıxarıldı
- Rusiya ilə bütün mədəniyyət tədbirləri ləğv edildi
- İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik
- Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi
- Bu qətllə Bakıya bu ismarış göndərildi - Deputat
- Rusiyada azərbaycanlıların məhkəməsi başladı