Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin onunla görüşməsini xahiş etdiyi məktubu yayıb.
BUTA.TV xəbər verir ki, Tramp məktubu özünün “Truth Social” soaial şəbəsində yayımlayıb.
“Hörmətli Donald, ümid edirəm ki, yaxşısan. Cümə günü Nyu Yorkda ola bilərəm və görüşmək üçün yaxşı vaxt olardı. Mən çox istərdim ki, bizim görüşümüz münaqişənin ədalətli həllinə yönəlmiş səylərimizin bir hissəsi kimi baş tutsun. Bir-birimizi başa düşməyə və sıx əlaqə saxlamağa çalışmalıyıq”, - məktubda qeyd olunub.
Məktubun sonunda Ukrayna prezidenti “Hörmətlə, Vladimir” yazıb.
Zelenski sonuncu dəfə Trampla telefon danışığının həqiqətən də xoş olduğunu da qeyd edib.
Xatırladaq ki, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu Yorkda səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşmək istəsə də, ikinci bundan imtina edib.
- "Samur" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”