ABŞ xüsusi xidmət orqanları hesab edir ki, Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadəyə icazə verilməsi hərbi əməliyyatların gedişatını dəyişdirməyəcək, əksinə, güclü cavab zərbəsi yaradacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.
“Kəşfiyyat hesab edir ki, uzaqmənzilli raketlərin təsiri az olacaq, çünki Ukraynada bu raketlərin sayı azdır. Üstəlik müttəfiqlərin Kiyevə nə qədər belə raket verəcəyi barədə də məlumat yoxdur. İcazənin verilməsi müharibənin gedişatını dəyişməyəcək. Əvəzində isə cavab tədbirləri çərçivəsində Rusiya ABŞ bazalarına birbaşa zərbələr endirə bilər”, - məlumatda qeyd olunub.
- AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi
- "Samur" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi