Rusiyada Mərkəzi Asiyadan olan miqrantların əvəzinə hindistanlılar və pakistanlılar işləyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Kəskin kadr çatışmazlığı fonunda Rusiya şirkətləri Hindistan və Pakistandan miqrantları cəlb etməyi planlaşdırır. İlin əvvəlindən miqrantların maaşları artıq 40% artaraq İT mütəxəssislərinin gəlirlərini üstələyib və artmaqda davam edir. Kadr çatışmazlığı probleminin həlli Hindistan və Pakistan, eləcə də İran, Cənubi Afrika və Suriyadan olan miqrantları cəlb etmək idi. Lakin belə işçilər yerli sakinlərdən ucuz başa gəlməyəcək”, - məlumatda deyilir.
Qeyd olunur ki, Mərkəzi Asiya ölkələrindən olan miqrantların cinayətə meyillənməsi özlərini çox təkəbbürlü aparması ilə bağlı yerli sakinlər arasında narazılıqlar müşahidə olunur.
- AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi
- "Samur" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi