Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov qəzaya düşüb.
BUTA.TV xəbər verir ki, veteran futbolçunun idarə etdiyi "Pajero" markalı avtomobil 9-cu mikrorayon ərazisində işıqforda "Nissan" markalı maşınla toqquşub.
Hadisə zamanı xəsarət alan olmasa da, "Nissan" markalı avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, Aslan Kərimov karyerası ərzində "Neftçi", "Dinamo" (Bakı), "Azəri", "Qarabağ", "Kəpəz", "ANS Pivani", "Şəmkir" və "Sumqayıt", həmçinin Rusiyanın "Baltika Kalininqrad" klublarında çıxış edib. O, Azərbaycan millisində 80 oyun keçirib və 1 qol vurub.
- Lənkəranda regional müşavirə keçirildi - Foto
- İntensiv yağış yağacaq – Xəbərdarlıq
- Qandonduran hadisə: ana iki övladını, görün, necə öldürüb
- Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? - Detallar
- Tovuzda gənc oğlan çayda batdı
- "Samur" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı