Xəbər verdiyimiz kimi, Bakı şəhər, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində günorta saatlarında baş verən yanğın zamanı yaxınlıqda yerləşən Xəzər TV-də təxliyə həyata keçirilib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, TV işçilərinə təhlükəsizlik məqsədilə üç-dörd saat müddətinə qaraja girmək qadağan edilib.
Buna görə televiziya binasının qarşısında post quraşdırıblar.
Həmçinin, bildirilib ki, TV-nin əmlakına ziyan dəyməyib, işçilər isə taksi və ya avtobusla evlərinə gedəcəklər. TV-nin yayımı ştat rejimində davam edir.
Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır.
- “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”