Xəbər verdiyimiz kimi, sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin (MM) ilk iclasında parlamentin sədri, sədrin birinci müavini və üç müavin seçilib. Eyni zamanda, MM-in komitələrinin sədrləri və müavinləri müəyyənləşib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, parlament tərəfindən MM sədri, sədrin birinci müavini, müavinləri və komitə sədrləri xidməti avtomobillə təmin edilirlər.
Məlum olduğu kimi, parlamentin 15 komitəsinin altısının sədri dəyişib. Yeni komitə sədri seçilən deputatlar Arzu Nağıyev, Azər Əmiraslanov, Anar İsgəndərov, Polad Bülbüloğlu, Şahin İsmayılov və Fazil Mustafadır.
Doqquz komitənin sədri isə VI çağırışda da eyni komitələrə rəhbərlik ediblər. Onlar əvvəl də xidməti maşınlardan istifadə ediblər.
Milli Məclis sədrinin birinci müavini isə Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı seçiliblər. Müavinlərdən Ziyafət Əsgərov əvvəlki çağırışda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri olub.
Qeyd edək ki, ötən ildən etibarən Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti nəqliyyat vasitələri verilib. Onlar "Mersedes-Benz E 300" avtomobillərindən istifadə edirlər.
- “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”