İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri - Abbas Arakçı, Sergey Lavrov və Hakan Fidan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Suriya üzrə Astana formatında görüş keçiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Qazaxıstan hakimiyyəti ilə razılaşdırılaraq Suriya üzrə 22-ci beynəlxalq görüşü təşkil etmək niyyətlərini təsdiqləyiblər.
Xarici işlər nazirliklərinin rəhbərləri Suriyada və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıb, bu ölkədə uzunmüddətli normallaşma vəzifələrini diqqətə çatdırıblar.
Astana prosesinin təminatçısı olan ölkələrin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında hərtərəfli nizamlanmasına kömək etmək üçün birgə səylərini davam etdirmək əhval-ruhiyyəsi təsdiqlənib.
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Bakıda usta iş yerində öldü
- Prezident fərman imzaladı