“Hizbullah”a hücumla bağlı yeni detallar bəlli olub.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, məlumatı “Times of İsrael” qəzeti yayıb.
Bildirilib ki, “Hizbullah” lideri Həsən Nəsrullahın yerinin müəyyənləşdirildiyi zaman baş nazir Benyamin Netanyahu Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edib. Çıxış zamanı ona köməkçilərindən biri yaxınlaşaraq nəsə deyib, bundan sonra Netanyahu təcili çıxışını bitirərək kürsünü tərk edib.
Qəzet yazır ki, bundan sonra Netanyahu Nyu-Yorkdan Nəsrullahın olduğu ərazinin vurulması barədə tapşırıq verib. Bununla belə Həsən Nəsrullaha hücumla bağlı ABŞ-a Təl-Əviv son anda xəbər edib. Qəzetin yazdığına görə, Vaşinqtona məlumat İsrail təyyarələri hücum üçün yola düşdükdən sonra məlumat çatdırılıb.
Qeyd edək ki, İsrail ordusu bu gün “Hizbullah” lideri Həsən Nəsrullahın ölüm xəbərini təsdiqləyib. Hizbullahdan hələlik buna dair açıqlama yoxdur.
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Bakıda usta iş yerində öldü
- Prezident fərman imzaladı
- Marketdə tavan uçdu - İşçi alt mərtəbəyə düşdü