ABB mənzil-tikinti kooperativlərindən (MTK) alınmış mənzillərə görə “ƏDV geri al” qazancının əldə edilməsi üçün yeni imkan yaradıb.
Müştərilər bu imkandan faydalanaraq “ƏDV geri al” qazanclarını ən rahat şəkildə əldə edə bilərlər.
Bu imkandan yararlanmaq istəyən mənzil alıcısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin https://new.e-taxes.gov.az/eportal/az/login portalında lazımi məlumatları daxil edib ABB-ni seçir. Ondan sonra MTK-lardan alınmış mənzilin “ƏDV geri al” qazancı cari hesabına köçür!
ABB-nin təqdim etdiyi bu yeni təcrübə müştərilərdə böyük məmnunluq yaradacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
- Paşinyan Türkiyədən dönən kimi həbslərə başladı: Nə baş verir?
- Fransa səfiri Qarabağa dəvətsiz gedibmiş...
- Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin fotosu
- Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır - FOTOLAR
- Avropanın ən güclü ordusu olmalıyıq, çünki Rusiya...
- Əhmədzadələrin toxunulmazlıq tilsimi qırıldı: Növbədə kimdir?
- Azərbaycanda yeni banklar yaradılır – AÇIQLAMA
- İran 12 günlük savaşdan necə çıxdı və nələr edəcək?