Sərbəst güləşimiz niyə tənəzzülə getdi? Orta məktəblərə, universitetlərə baş çəkdik. Heç birinin girişində qızıl medal qazananların fotoları yoxdur. Şəhidlərimizin fotolarını qoyurlar. Girişdə şəhidlərinin şəkillərinin olması sevindiricidir. Amma yaşayan qəhrəmanlarımızın şəkilləri yoxdur. Ona görə də gənclər "baboş"lara meyil edirlər.
BUTA.TV xəbər verir ki, bunu deputat, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
O vurğulayıb ki, Azərbaycanın bayrağının qaldıran hər bir şəxsin adı məktəbin, universitetin girişində olmalıdır:
“Amma biz yaşayan qəhrəmanlarımızı nümunə göstərmirik. Biz buna diqqət etməliyik”.
- Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
- Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək