Piyadaların təhlükəsizliyini artırmaq üçün Bakıda ilk dəfə yeni nəsil piyada svetoforları quraşdırılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində, metronun "28 May" stansiyasının yaxınlığında ümumilikdə 12 ədəd belə svetoforlar işə salınıb.
Bu svetoforların piyada bölməsinin alt hissəsinə quraşdırılan LED işıqlar nizamlayıcının qırmızı işığı yandığı zaman axşam saatlarında dirəyin aşağı hissəsini piyadaların diqqətini cəlb edəcək səviyyədə eynirəngli işıqla işıqlandırır. Nəticədə piyada zolağına yaxınlaşan piyadalar keçiddən istifadədə daha diqqətli olurlar.
Bu cür svetoforların digər küçə və prospektlərdə də quraşdırılması nəzərdə tutulub. Ümumilikdə Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yeni kabel-kommunikasiya xətləri çəkilməklə 13 ədəd avtomobil, 3 ədəd velosiped svetoforları quraşdırılıb.
- Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
- Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək