Azərbaycan ordusunun zabiti Ramil Səfərov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçı Xəyyam Əhmədlini ziyarət edib.
“BUTA.TV”nun məlumatına görə, polkovnik-leytenant Səfərov ötən gün yataq şəraitində müalicə alan meyxanaçının evinə gedib.
Onlar birgə söhbət edib, foto çəkdiriblər.
Ramil Səfərovun meyxanaçıya xüsusi rəğbətinin səbəbi isə Macarıstanda 8 il həbsdə olarkən Xəyyamın ona “Məmləkətim” və ya ikinci adı ilə “Hələ oğlun salamatdır” adlı mahnı bəstələməsidir. Həmin mahnı Ramil Səfərov həbsdə olduğu və sonrakı dövrdə də sevilərək dinlənilib.
Qeyd edək ki, Xəyyam 1 ildən çoxdur ürək çatışmazlığından əziyyət çəkir.


- Çoban tanışını güllələdi, sonra özünü öldürdü
- Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
- Bakıda torpaq bazarında yeni qiymətlər: 500 minə qədər...
- Bacısını güllələyib öldürdü, cəzadan azad edildi
- Nazir Sabirabadda kombayn sürdü - Fotolar
- Trampdan İrana - Xəbərdarlıq
- Sabah hava necə olacaq?
- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş