Dünyada qəbul olunmuş standart odur ki, nüvə silahı yalnız müdafiə məqsədi ilə istifadə edilə bilər. Bu, iki halda mümkündür: ölkəyə qarşı nüvə silahı istifadə edildikdə və ölkənin mövcudluğuna təhlükə yaranarsa. Bu prinsiplər nüvə silahına malik hər bir ölkənin nüvə doktrinasında qeyd edilib.
Bu fikirləri BUTA.TV-a politoloq Fərhad Məmmədov Rusiya lideri Putinin nüvə doktrinasını təsdiq etməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Putinin bu sənədi təsdiq etməsi Rusiyanın nüvə silahına əl atacağı anlamına gəlmir:
“Putinin imzaladığı doktrina bir neçə həftə müzakirə olunan sənəddir və bu gün imzalandı. Orada göstərilib ki, Rusiya ona qarşı nüvə başlığı olmayan uzaqmənzilli raketdən istifadə ediləcəyi halda da atom silahına əl ata bilər. Məqsəd ABŞ və Avropa ölkələrinin Ukraynaya uzaqmənzilli raketlərdən istifadəyə icazə verməsini əngəlləmək idi. Lakin görürük ki, bu icazə verilib və Ukrayna artıq ilk dəfə uzaqmənzilli raketlərlə Bryansk vilayətində silah anbarını vurdu.
Rusiya Trampın prezidentliyi başlamadan əvvəl nüvə silahına əl atmayacaq, amma cəbhədə vəziyyət gərginləşəcək. Ukraynanın xeyrinə nəsə dəyişməsə də, Rusiya üçün vəziyyət gərginləşəcək. Rusiya cavab olaraq Ukraynanın enerji sistemini tamamilə məhv edəcək. Bu eskalasiya Trampın andiçməsinə qədər davam edəcək, lakin nüvə silahının istifadəsinə gedib çıxmayacaq. Çünki Tramp çalışacaq ki, müharibəni dayandırsın. Bu isə o demək deyil ki, kimsə qalib gələcək. Sadəcə, müharibəni dayandırmaq Donald Tramp üçün çox vacibdir”.
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident