Növbəti iclasda Ermənistan və Azərbaycan dövlət komissiyaları sərhədin hansı hissəsinin demarkasiyasına başlanacağına qərar verəcəklər.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziya müsahibəsində deyib.
O xatırladıb ki, oktyabrda keçirilən son iclasda komissiyalar sərhədin hansı hissələrinin demarkasiyasının davam etdirilməsi ilə bağlı qarşılıqlı əsasda təkliflər vermək barədə razılığa gəliblər:
“Ermənistan tərəfi öz yanaşmalarını, Azərbaycan tərəfi isə öz yanaşmalarını təqdim edib. Növbəti iclasda prosesin harada davam edəcəyinə qərar veriləcək. Məlum olduğu kimi, Azərbaycanda beynəlxalq konfrans keçirilir və ən azı belə bir anlayış var ki, bu proseslər COP29-dan sonra davam edəcək”.
- Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik
- Bu şəxslər Amnistiya ilə cəzadan azad ediləcək – Qərar
- Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı