Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyyatlar üzrə köməkçisinin müavini xanım Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev NATO nümayəndə heyəti ilə görüşüb.
Görüşdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb.
Həmçinin Azərbaycan Ordusu tərəfindən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş müxtəlif qoşun növləri bölmələrinin hazırlığı, Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası çərçivəsində Alyansın müxtəlif qərargah və strukturlarında xidmət edən hərbi qulluqçularımızın töhfələri barədə müzakirələr aparılıb.
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı cənab Cəfər Hüseynzadənin də iştirak etdiyi görüş zamanı ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğu xüsusi vurğulanıb və əməkdaşlığın gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident
- Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq
- Türkiyə ilə İsrail arasında münasibətlər daha gərgindir
- Əliyev Şara ilə görüşdündən danışdı
- Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb
- Torpağımızda bir nəfər də rus əsgəri yoxdur