Danışıqların əsas mövzularından biri regiondakı vəziyyət və Ermənistanla Azərbaycan arasındakı sülh prosesi olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Polşa Prezidenti Ofisinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Myesko Pavyak Dudanın İrəvan səfəri haqda deyib.
Onun sözlərinə görə, Andjey Duda İrəvana səfəri çərçivəsində sülh prosesi ilə bağlı danışıqlar aparmaq niyyətindədir:
“Ermənistan və Azərbaycan arasında sülh prosesi davam edir və ümid edirik ki, bu proses tezliklə başa çatacaq”.
O, Dudanının Bakıda keçirilən COP29 konfransında iştirak etdiyini, Azərbaycan Prezidenti ilə görüşdüyünü və Ermənistan-Azərbaycan münasibətləri, həmçinin sülh prosesi barədə müzakirələr apardığını vurğulayıb:
“İndi erməni tərəfi ilə danışmaq üçün ən uyğun zamandır”.
Qeyd edək ki, bu, Polşa prezidentinin Ermənistana 13 il ərzində ilk səfəridir. Günün ikinci yarısında Polşa prezidenti Baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla görüşəcək.
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident
- Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq
- Türkiyə ilə İsrail arasında münasibətlər daha gərgindir
- Əliyev Şara ilə görüşdündən danışdı
- Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb
- Torpağımızda bir nəfər də rus əsgəri yoxdur