Berbok eyni platformada Azərbaycanı, hətta Rusiyanı da “danlayırsa”, deməli, Bakı hər şeyi düz edir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov “Moskva-Bakı”ya müsahibəsində Almaniyanın xarici işlər naziri Annalena Berbokun Bakıda keçirilən iqlim konfransı zamanı təxribat xarakterli bəyanatlarını şərh edərkən deyib.
“Berbok Azərbaycan əleyhinə bəyanatları ilə tanınır. Görünür, o, müvafiq qüvvələrin təsiri altındadır. Rusiyaya qarşı tənqidlərə gəlincə, Berbok aqressiv maraqların təşviqi üçün növbəti bir platforma tapıb. COP29-dan əvvəl Qərb dövlətləri və strukturları tərəfindən atılan o antiazərbaycan addımlara gəlincə, Bakı sadəcə olaraq buna əhəmiyyət verməməlidir. Çox vaxt Qərbin təsir etmək istədiyi ölkədə böyük tədbir planlaşdırılanda həmin ölkənin opponentləri fürsətdən istifadə edərək ona “hücum” edirlər. Və belə “hücumlar” avtomatik olaraq Azərbaycanın COP29-un sədri kimi böyük rolunun etirafıdır”, - o bildirib.
- Tramp Əraqçinin postunu paylaşdı - Foto
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu