Sabiq deputat Fəzail Ağamalı və ailəsinin kredit borcu ilə əlaqədar məhkəməyə verilməsinə dair məlumat yayılıb. Onların şirkət üçün əldə etdikləri kredit borclarını vaxtında ödəmədikləri bildirilir.
BUTA.TV xəbər verir ki, Globalinfo.az-a danışan Fəzail Ağamalı xəbəri təsdiq edib:
“Fəzail Ağamalı kimi fağır biri əlinizə düşüb, ora çəkin, bura çəkin. Kimin borcu yoxdur axı?! Bu dəqiqə az qala hər kəs kredit götürür. Burada nə var ki? Bankda kredit borcumun olmasından utanmıram, utanılası heç nə yoxdur”.
Qeyd edək ki, Fəzail Ağamalıya aid olan “Agricola” şirkəti götürdüyü kredit borclarını vaxtında ödəməyib. Bu səbəbdən “Aqrarkredit” QSC əsas borclu olan “Agricola” şirkətini və onun zaminlərini məhkəməyə verib. Məlumata görə, məhkəməyə verilənlər arasında keçmiş deputatdan başqa onun oğlanları Elçin, Yalçın, qızı, deputat Günay Ağamalı, nəvələri Samirə, Orxan və Kamran da var.
“Aqrarkredit” QSC-nin şikayətinə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
- Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik
- Bu şəxslər Amnistiya ilə cəzadan azad ediləcək – Qərar
- Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı