Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilərdən bəzilərinin fotoları yayılıb.
BUTA.TV Oxu.az-a istinadla həmin fotoları təqdim edir:
Baş gizir Ruslan Əhliman oğlu Qurbanov
Çavuş Bəhlul Aydın oğlu Əliyev
Çavuş Qələndər Mail oğlu Əhmədov
Qeyd edək ki, dünən axşam saatlarında Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Mersedes" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər həlak olub, bir nəfər xəsarət alıb.
Ölənlərdən beşi hərbçidir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qəza nəticəsində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu - baş gizir Ruslan Əhliman oğlu Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları: baş çavuş Qabil Qaybalı oğlu Alıyev, çavuş Bəhlul Aydın oğlu Əliyev, çavuş Qələndər Mail oğlu Əhmədov və kiçik çavuş Turan Cavad oğlu Mehdiyev həlak olublar.
Qəzada ölən digər şəxs "Mersedes" markalı avtomobildə olan E.Həsənovdur. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarəti alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, ixtisaslı tibbi xidmət üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident
- Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq
- Türkiyə ilə İsrail arasında münasibətlər daha gərgindir
- Əliyev Şara ilə görüşdündən danışdı
- Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb
- Torpağımızda bir nəfər də rus əsgəri yoxdur