Ermənistanın Azərbaycanla sərhəddə fəaliyyət göstərən “Yerkrapa” birliyinin rəhbəri, Baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan Sasun Mikaelyan mövqelərə baxış keçirib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, Mikaelyan sərhəddə qruplaşma üzvləri ilə görüşüb.
Mövqelərdə “xidmətin” həyata keçirildiyi, mənəvi-psixoloji vəziyyətin yaxşı olduğu bildirilib. Qruplaşmanın komandirləri “düşmən”lə döyüşə hazır olduqlarını bildiriliblər.
Qeyd edək ki, “Yerkrapa”nın 10 mindən çox üzvünün olduğu və aktiv şəkildə hərbi təlimlərə cəlb edildikləri deyilir. Onların əksəriyyəti Birinci Qarabağ müharibəsində iştirak edənlərdir. S.Mikaelyan isə İrəvan hökumətinə yaxınlığı ilə bilinir.
Son zamanlarda Ermənistanın Yunanıstan, Fransa və Hindistandan hücum silahları, texnikalar alması fonunda Mikaelyanın yaydığı görüntülər İrəvanın revaşist niyyətindən əl çəkmədiyi, yeni müharibəyə hazırlaşdığına dair iddiaları gücləndirir.
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident
- Zəngəzur dəhlizi İrandakı Şimal dəhlizinə dəstək olacaq
- Türkiyə ilə İsrail arasında münasibətlər daha gərgindir
- Əliyev Şara ilə görüşdündən danışdı
- Birinci Qarabağ müharibəsi zamanı erməni məcburi köçkünü olmayıb
- Torpağımızda bir nəfər də rus əsgəri yoxdur