Suriya hökumətinin terror hücumlarından qorunmaq üçün İrana rəsmi şəkildə müraciət etdiyi bildirilir.
BUTA.TV xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
“Bu o deməkdir ki, tərəflər birgə hərəkət etmək barədə razılığa gəlib, hazırda formal prosedur məsələləri həll olunur”, - deyə bildirilib.
Qeyd edək ki, bu gün Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə İran XİN başçısı Abbas Arakçını qəbul edib. Tərəflərin danışıqları barədə heç bir açıqlama verilməyib. Arakçı Dəməşqdən Türkiyəyə səfər edəcək.
Xatırladaq ki, Suriyada 4 illik nisbi sakitlik pozulub, “Heyət Təhrir əş-Şam” qruplaşması İdlib və Hələb şəhərlərini ələ keçirərək, Həmaya hücum edib.
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu isə PKK-ya qarşı hərəkətə keçib və Tel-Rıfaha daxil olub.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi