Əsəd rejimini ayaqda saxlayan İran və Rusiyanın dəstəyidir, bu məlum faktdır. Belə çıxır, bu dəstək əbədiyyətə qədər davam etməlidir ki, rejim öz davamlığını qoruya bilsin.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Rusiya və İranın fərqli problemləri var:
“Biri Ukraynada savaşır, digəri İsraillə qarşıdurma içərisindədir. “Məni darda qoymayın” deyən Əsəd Tehrana və Moskvaya əlavə yükdür. Əsəd rejimi Tehrana ona görə lazımdır ki, Suriya ərazisindən Hizbullahla əlaqə qırılmasın, hakimiyyət fərqli qüvvələrin nəzarətinə keçməsin.
Əsəd rejimi Moskvaya da Rusiyanın Yaxın Şərqdə yeganə hərbi bazasını itirməməsi üçün lazımdır. Bundan başqa, Kreml istəmir ki, hakimiyyət müxalif qüvvələrin əlinə keçsin, əks halda Moskva ilə strateji tərəfdaşlığa son qoyulacaq.
Əsəd iki tərəfdaşını məhz bu amillərlə şantaj edir ki, dəstəyi zəiflətsəz, mövqelərinizi itirəcəksiniz”.
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi