Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində Türkiyənin maraqlarını bir daha Kreml sahibinin diqqətinə çatdırıb. Birincisi, Türkiyə Suriyanın ərazi bütövlüyünü tanımaqla yanaşı, bu ölkədə PKK və onun törəmələri ilə mübarizəni davam etdirəcək. İkincisi, Ərdoğan Suriyadakı son hadisələr fonunda dinc sakinlərin zərər görməməsi vacibliyini vurğulayıb.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə və Rusiya liderlərinin Suriyadakı vəziyyətlə bağlı bugünkü telefon müzakirəsi haqda qeyd edib.
“Ərdoğan bunları ona görə Putinin diqqətinə çatdırıb ki, Kreml təmasda olduğu PKK-nın Suriyadakı törəmə təşkilatlara yerlərini bildirsin və Rusiya yaxın keçmişdə olduğu kimi Suriyadakı müxalif qüvvələrin nəzarət etdiyi şəhərləri ağına-bozuna baxmadan bombalamasın, bu halda dinc sakinlər həlak olurlar. Putindən tələb olunan Bəşəri Əsədi Rəcəb Tayyib Ərdoğanla qeyd-şərtsiz dialoqa təşviq etməkdir. Hazırda Əsəd Ərdoğana şərt irəli sürdüyü durumda deyil”, - ekspert bildirib.
- Bakı, Aşqabad və Daşkənd üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir
- Paşinyan Bakı ilə razılaşmadan danışdı
- Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
- KİV: İrəvan Bakı qarşısında silahlarla bağlı öhdəlik götürüb
- Azərbaycan “Qızıl qapı”nı azad etdi - Türk politoloqdan şok
- “Sədərək”də yanğın gecə saatlarında şiddətləndi - Video
- Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu
- Paşinyandan Qarabağla bağlı üç etiraf...