Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın Baş naziri Məhəmməd Sudani arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, ekspertlər Ərdoğanın Sudani ilə danışıqlarda səsləndirdiyi fikirlərin əslində Əsədə tələbləri olduğunu iddia edirlər.
Belə ki, Ərdoğan Türkiyənin prioritetlərini izah edib: sərhəddə sabitliyi qorumaq, milli təhlükəsizliyi və maraqlarını müdafiə etmək, PKK terrorçularının və onun əlaltılarının baş verənlərdən faydalanmasının qarşısını almaq! Türkiyə lideri bu məqsədlər naminə gərəkən addımların artıq atıldığını da vurğulayıb. Başqa cür desək, heç bir halda Suriyadakı maraqlarından vaz keçməyəcəyi və bufer zona yaradılmasının milli təhlükəsizlik məsələsi olduğunu vurğulayıb.
Tələb isə Suriya hökumətinin şimalda baş verən hadisələri aradan qaldırmaq üçün “real siyasi prosesə” qoşulmasıdır.
Qeyd edək ki, Türkiyə bir neçə aydır Suriya hakimiyyəti ilə danışıqlara hazır olduğunu bildirsə də, Bəşər Əsəd “şərt” qoyur, Türkiyə ordusunun ölkənin şimalından çıxmasını tələb edir və görüşdən yayınırdı. “Təhrir əş-Şam”ın Hələb və İdlib də daxil olmaqla, onlarla kənd və qəsəbəni, o cümlədən hərbi bazaları bir neçə günə ələ keçirməsindən və Suriya ordusunun bu silahlılar qarşısında darmadağın olmasından sonra Bəşər Əsəd Türkiyə lideri ilə danışıqlar üçün İraqdan vasitəçilik xahiş edib, eyni zamanda nümayəndələrini Antalyaya göndərib.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi