Suriyada baş verən son proseslər fonunda Türkmaneli Respublikasının yaradılması ideyasının aktuallaşması iranlı politoloq, antütürk və antiazərbaycan mövqeyi ilə seçilən Ehsan Müvəhhedianı da narahat edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
Müvəhhedian bildirib ki, Türkiyənin Şimali Suriya və Şimali İraqda “əraziləri işğal edərək” türkman dövləti yaratmağa çalışması Ermənistanı Qərbi Azərbaycana çevirib, Şimali Kipri ələ keçirməyə bənzəyir.
“Suriya türkmanları təkfirçilərin cinayətlərinə şərik olan qruplar sırasındadır", - deyə o, Suriya azərbaycanlılarına münasibətini ortaya qoyub.
Qeyd edək ki, İranın Suriyada baş verən proseslərə təsir imkanlarının zəifləməsi və hazırda meydanda Türkiyənin söz sahibi olması Tehranı ciddi şəkildə qıcıqlandırmaqdadır.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər