Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması beynəlxalq hüquq baxımından tamamilə ədalətlidir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində Azərbaycan prezidentinin beynəlxalq konfrans iştirakçılarına dünənki müraciətində qaldırdığı Ermənistandan qovulmuş azərbaycanlıların geri qaytarılması zərurəti mövzusunu şərh edərkən deyib.
“Ermənistan ərazisindən qovulmuş azərbaycanlılar və onların övladları geri qayıtmalı, İrəvan hökuməti Azərbaycandan rəsmi üzr istəməli, təzminat ödəməli və azərbaycanlıların Ermənistana qaytarılması prosesini açmalıdır. Bu mövzu İrəvanda anlayışla qarşılanacaqmı? Yox. Onlar sualın özünü belə müzakirə etmək istəmirlər. Halbuki həqiqət həmişə qalib gəlir. İrəvanın azərbaycanlılarla dialoq aparmasının zəruriliyi mövqeyi getdikcə üstünlük təşkil edəcək. İndiki Ermənistan əsasən monoetnik dövlətdir. Bu isə millətçiliyin və milli eqoizmin böyüməsi üçün münbit zəmindir”, - o bildirib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər