Türkiyə mediasında Türkmaneli dövləti ilə bağlı müəyyən məsələlərin müzakirə edildiyi doğrudur. Lakin Türkiyənin rəsmi mövqeyi vahid Suriyadan yanadır.
Bu fikirləri BUTA.TV-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Türkmaneli Respublikasının qurulması ilə bağlı siyasi dairələrdəki müzakirələr haqda qeyd edib.
Onun sözlərinə görə, hazırda bu dövlətin yaranması məsələsi haqda danışmaq tezdir:
“Suriya parçalanma mərhələsinə doğru gedərsə - hesab edirəm ki, bu proses artıq başlayıb - həm etnik, həm də məzhəb əsaslı fərqli bölünmələr ola bilər. Ancaq hazırkı mərhələdə Türkmaneli və ya orada hər hansı bir qurumla bağlı müzakirələrin başlamasının hələ tez olduğunu düşünürəm. Bu bölgədə Yaxın Şərqin maraqları Suriyanın bütövlüyünün qorunmasındadır. Suriya vahid olaraq qalmalıdır ki, həm Türkiyəyə, həm də digər ölkələrə terror ixrac olunmasın”.
Qeyd edək ki, Suriyanın bölünməsi halında İraq və Suriyadakı türkmanların yeni dövlətinin yaranması Türkiyədə siyasi kuluarlarda əsas müzakirə mövzularından biridir. Türkmaneli Respublikasının yaranma zərurəti barədə ilk dəfə mediaya danışan isə İraq Türkman Cəbhəsinin lideri, millət vəkili Ərşad Salehidir. Ərşad Salehi Türkmaneli Respublikasının xəritəsini də paylaşmışdı.
Türkmanlar Azərbaycan türkləridir.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər