Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması “Trendyol”un dəstəyi ilə azərbaycanlı gənc rəssamların əsərləri Türkiyənin ən önəmli mədəniyyət tədbirlərindən biri olan ‘’BASE 2024’’də sərgilənib.
BUTA.TV xəbər verir ki, 27 noyabr -1 dekabr tarixlərində “Trendyol”un baş sponsorluğu ilə İstanbulda baş tutan sərgidə Türkiyə və Azərbaycandan olan gənc rəssamların əsərləri eyni məkanda sənətsevərlərə nümayiş etdirilib.
Azərbaycanlı gənclərin rəsm əsərləri “BASE 2024”də “Qonaq ölkə Azərbaycan: Gənclərin təsviri incəsənət yaradıcılığına bir baxış” adlı xüsusi bölmədə yer alıb.
Mədəniyyət və incəsənətə verdiyi dəstəklə seçilən şirkətin məqsədi yeni məzun olmuş rəssamların fəaliyyətlərini dəstəkləmək, onlara motivasiya vermək və əl işlərini geniş auditoriyaya çatdırmaqdır.
Türkiyə universitetlərinin təsviri incəsənət fakültələrinin buraxılış sərgisi kimi tanınan “BASE” bu il Azərbaycandan olan 14 gənc rəssamın əsərinə ev sahibliyi edib.
Onların arasında Fatimə Babazadə, Fidan Əbilova, Fidan Cəfərli, Fidan Nazimqızı, Hüseyn Cəlil, İlham Salehli, Jalə Əzizova, Kəfiya Eyvazova, Nəzrin Mütəllifli, Nigar Süleymanova, Rəvan Cabbarlı, Rüqiyyə Əlili, Şafiq Osmanov və Ülviyyə Nəbizadənin əsərləri nümayiş olunub. Rəssamlar rəngkarlıqdan fotoqrafiyaya, naxışdan toxuculuğa qədər müxtəlif istiqamətlərdə öz əsərlərini təqdim ediblər.
Trendyol texnologiyanın gücündən istifadə edərək digər sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də müsbət təsir yaratmağı hədəfləyir. “Trendyol”un mədəniyyət sahəsində önəmli layihələrindən olan “Trendyol Sənət” Türkiyənin hər yerindən sənətsevərlərin əsərlərini bir araya gətirir. Layihə virtual dünyanın yaratdığı fürsətlərdən istifadə edərək sənətkarların zaman və məkandan asılı olmayaraq sənətə çıxışını təmin edir. Bu layihə ilə platforma 150-dən çox rəssam və 1000-ə yaxın sənət əsərini geniş auditoriyaya təqdim edir.
Trendyol artıq üçüncü ildir ki, BASE sərgisinə sponsorluq edir.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər