İran Prezident Əsədin hakimiyyətini saxlamasını artıq mümkün saymadığı üçün Suriyadan öz komandirlərini və hərbi personalını çıxarmağa başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə ötən gün sosial şəbəkələrdə yayılan məlumatı anonim mənbələrə istinadla “Nyu York Tayms” təsdiqləyib.
Erməni türkoloq Varujan Geqamyan bildirib ki, dünən İraqda İran, İraq və Suriyanın nümayəndələri türkiyəyönlü qüvvələrə müqavimət imkanlarını müzakirə etmək üçün bir araya gəlib:
“Bəzi mənbələr İraqın Suriyaya hərbi yardım göstərməkdən imtina etdiyini bildirir (Qeyd edək ki, İran Suriyadakı proseslərə hər hansı hərbi müdaxilə etməyəcəyi barədə rəsmi açıqlama yayıb – red.). Əgər bütün bunlar doğrudursa, bir neçə gündən sonra Suriya adlanan dövlət əslində xəritədə mövcudluğunu dayandıracaq.
Və bütün bunlardan əsas faydalanan tərəf isə faktiki olaraq ən azı ölkənin zəngin şimalına nəzarəti ələ keçirəcək Türkiyədir. Bu barədə dünən Türkiyə Prezidenti Ərdoğan da danışıb.
Türkiyə siyasətinin bölgədə ardıcıllığı və inadkarlığı heç kimdə yoxdur. Bunu bir daha etiraf etmək lazımdır”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər