Türkiyə PKK-nın hansısa bir qolunun Suriyada terror dövləti qurmasına icazə verməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay Bakıda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Suriyadakı proseslər bütün dünyanın gözü önündədir. Türkiyənin prioriteti sülhün əldə olunması, terrora son qoyulmasıdır.
"Suriyadakı münaqişənin necə nəticələnəcəyi məlum deyil. Amma bəzi qüvvələrin bunu fürsətə çevirməsi, hansısa terror dövləti qurmağa çalışması müsbət nəticələnməyəcək. Nəyin bahasına olur-olsun, Türkiyə buna imkan verməyəcək. Biz ümid edirik ki, ən qısa müddətdə Suriyada sabitlik bərqərar olacaq, insanlar öz torpaqlarına qayıdacaqlar. Amma hələ ki bu, real görünmür", - F.Oqtay vurğulayıb.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər