Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı çox yaxşı keçdi, bir çox bölgə ölkələri və Türk Dövlətlər Təşkilatına üzv ölkələrin hamısı konfransda iştirak edirdi.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Milli Məclisinin mənbəyi xalqdır” sözünü gördük:
“TBMM-də də Atatürkün eyni sözünü görə bilərsiniz”.
F.Oqtay qeyd edib ki, bir müddət əvvəl parlament seçkiləri ilk dəfə bütün suveren Azərbaycan torpaqlarında keçirilib:
“Ermənistanın 30 illik işğalından sonra Azərbaycan bütün torpaqlarında ərazi bütövlüyünü bərpa edib. Hər yerdə seçki qutularının qurulduğu, millətin sözünün hər yerdə söyləndiyi və təmsil edildiyi bir damın altındayıq. Ənənələr və perspektivlər baxımından bu konfrans çox mühüm idi. Bizə demokratiya dərsi verməyə çalışanlara demək istəyirəm ki, biz bu dərsi verəcək vəziyyətdəyik. Çünki parlamentarizm tariximiz çox qədimdir”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər