Bölgədə qalıcı sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Qarabağ savaşından sonrakı razılaşmaya əsasən, Zəngəzur dəhlizinin açılması məsələsi var:
"Bu dəhliz başda Ermənistan və Azərbaycan olmaqla, bölgə ölkələri, o cümlədən İran, Türkiyə və Rusiya üçün barış, rifah və inkişaf yoludur. Eyni zamanda bölgədə daimi sülhün təmini üçün də bu dəhliz mühümdür. Ümid edirik ki, Ermənistan üçüncü tərəflərdən özünə gələn yanlış bilgiləndirmələrə qulaq asmaz, sülh və inkişaf planının həyata keçməsinə icazə verər. Zəngəzur dəhlizi Azərbaycan tərəfində tamamlanıb, Ermənistan sərhədlərində tamamlanmalı işlər var. Ümid edirik ki, bu, qısa zamanda reallaşar”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər