Avropa Birliyinin 13-14 nəfərdən ibarət monitorinq missiyasının əməliyyat mərkəzi daimi olaraq Cermukda yerləşir. Onlar sürücülər və köməkçilərlə birlikdə Cermukda qonaqlar üçün bağlı olan üçulduzlu “Ani” otelində qalıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Cermuk sakinləri bildiriblər ki, müşahidəçilər demək olar ki, hər gün rayonu gəzir, sərhədə gedir, bir neçə kilometr məsafədən vəziyyəti müşahidə edirlər:
“Avropalı müşahidəçilər yerli administrasiya ilə demək olar ki, əlaqə saxlamırlar: heç bir məlumat tələb etmirlər, onlara heç nə vermirlər və onların nə etdiklərini heç kim bilmir.
Bununla belə, hamı yekdilliklə qeyd edir ki, avropalı müşahidəçilərin gəlişi Cermuk sakinlərini çox sevindirib, özlərini qorunmuş hiss edirlər. Cermuk sakinləri 2022-ci ildən sonra Azərbaycan tərəfdən hücumun olmamasını müşahidəçilərin olması ilə əlaqələndirir və onların qalmasını istəyirlər. Müşahidəçilər tez-tez küçəyə çıxır, Cermuk sakinləri ilə ünsiyyət qurur və insanların onlarla necə davranması ilə maraqlanırlar”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər