Liviyanın devrilmiş prezidenti Müəmmər Qəddafinin 2008-ci ilin martın 29-da Suriyanın paytaxtı Dəməşqdə (Şam) Ərəb liderlərinin toplantısında etdiyi çıxışı yenidən gündəmə gəlib.
“BUTA.TV” xəbər verir ki, Qəddafi həmin çıxışı zamanı İraq lideri Səddam Hüseyinin ölümünü misal çəkib bu ifadəni işlətmişdi:
“Səddamın başına gələnlər sizi də gözləyir. Sıra sizə də gələcək”.
Həmin vaxt Ərəb ölkələri liderlərinin gülüşləri salonda əks-səda verir.
Maraqlısı isə budur ki, təbəssümü ekranlara yansıyan siyasilərdən biri də bir neçə gün əvvəl Suriyada hakimiyyəti devrilən prezident Bəşər Əsəd olur.
Suriyada baş verən siyasi yeniliklərin fonunda Qəddafiyə gülən Əsədin aqibətini bir növ tarixin istehzası da adlandırmaq olar.
Qəddafinin həmin çıxışını təqdim edirik:
- “İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir
- Tələyə düşən İranın qisası: Tehran Türkiyəyə də zərbə endirəcək?
- ABŞ bombardmana hazırlaşır: B-2-lər göndərildi
- Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında
- Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi
- Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!
- Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video
- Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi