Suriya ərazisində kənar qüvvələr nə xəyal edibsə, Türkiyə bunu kabusa çevirib. Sərhədlərimizdə, 100 il əvvəl bizim ərazilərimiz olan torpaqlarda terror dövləti qurula bilməz. Türkiyə rəsmiləri bunu müxtəlif tribunalardan bəyan ediblər. Bizi ən yaxşı Cənubi Koreya əsgəri tanıyır. Hamı bilməlidir ki, türklə savaşmaq onlara fayda verməz. Bizlə dost olmaq lazımdır. Hamı ağlını başına toplamalıdır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu Teleqraf.com-a müsahibəsində deyib.
“Kimliyindən asılı olmayaraq, istənilən dövlətin Suriya ərazisində Türkiyənin maraqlarına zidd addım atmasına icazə verməyəcəyik. İmkan verilməlidir ki, suriyalılar azad şəkildə yaşasınlar. Boş xəyallardan vaz keçmək lazımdır, nəticəsi olmayacaq.
Nümunə istəyirlərsə, Çanaqqala, Sakariya, 15 İyul buna misaldır. Sual edirəm, Suriyadan 11 min kilometr uzaqda yerləşən ABŞ-ın orada nə işi var? Və ya İsrail hansı maraqlar güdür? Yaxın Şərqin Vaşinqtona hansısa təhdid yaratması başadüşülən deyil. Rusiyaya da eyni sualı vermək lazımdır. Onlar da bizə eyni sualla müraciət edirlər. Amma anlamırlar ki, 100 il əvvəl Şam, Hələb kimi ərazilər vilayətimiz idi. Bundan başqa, 900 km sərhəddimiz var”, - Topçu bildirib.
- “İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir
- Tələyə düşən İranın qisası: Tehran Türkiyəyə də zərbə endirəcək?
- ABŞ bombardmana hazırlaşır: B-2-lər göndərildi
- Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında
- Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi
- Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!
- Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video
- Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi