Türkiyənin Suriyada böyük uğur əldə etməsi, regional güc olaraq imkanlarını genişləndirməsinin Cənubi Qafqaza sirayət edəcəyini düşünən erməni siyasətçi və ekspertlərinin “narahatlıqları” davam edir.
BUTA.TV xəbər verir ki, bütün şərhlərdə əsas diqqət mərkəzi Zəngəzur dəhlizinin açılmasıdır. Erməni politoloqlar hesab edir ki, Azərbaycanın qarşısında artıq bu məsələdə heç bir maneə qalmayıb.
Bu istiqamətdə daha bir şərh politoloq Sergey Melkonyandan gəlib. O da bildirib ki, Zəngəzur dəhlizini açmaq məqsədi ilə Azərbaycanın Ermənistana hücum ehtimalı getdikcə artır.
O, Azərbaycan Ordusunun İran qüvvələri ilə hərbi təlim keçirməsini belə bunun “sübutlar”ından biri kimi göstərib – halbuki erməni politoloqlar hər zaman Zəngəzur dəhlizinin açılmasında əsas maneənin Tehran olduğunu vurğulayırlar.
Melkonyanın fikrincə, Azərbaycan bu təlimi keçirməklə, İrana “ona qarşı heç bir hərəkəti olmadığını” göstərmək istəyib.
Geosiyasi vəziyyətə gəlincə, ekspert iddia edib ki, Rusiya və İranın regionda rolu azalıb, Türkiyənin isə artıb və bu, Azərbaycan üçün “tarixi imkanlar” açır.
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi