Sosial şəbəkələrdə Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülər yayılıb.
“BUTA.TV” Bakupost.az-a istinadən xəbər verir ki, məsələ ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsindən araşdırma aparıldığı bildirilib.
“Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.
İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin edilməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb.
Qeyd edirik ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət əsas amil kimi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”, - açıqlamada vurğulanıb.
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi