Azərbaycan Prezidenti İlham Əliyevin Dmitri Kiselyova verdiyi müsahibəyə Ermənistandan müxtəlif reaksiyalar gəlməkdədir. Ermənistan mediasında “Əliyev Makrona meydan oxuyur”, “Əliyev Ermənistanı təhdid edir” başlıqları ilə yayımlanan xəbərlərdə İlham Əliyevin Azərbaycanın hərbi büdcəsinin artımı və hərbi sahədə Ermənistanın Azərbaycanla ayaqlaşa bilməyəcəyi barədə fikirlərinə geniş yer ayrılıb. Halbuki İlham Əliyev müsahibədə bildirib ki, Fransa, Hindistan və ABŞ Ermənistanı sürətlə silahlandırmasaydılar, Azərbaycan 2025-ci ildə hərbi xərcləri 5 milyard dollara qədər artırmazdı.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov İlham Əliyevin Avropa müşahidə missiyası ilə bağlı tənqidi sözlərinə belə reaksiya verib: “Azərbaycan NATO üzvü Türkiyədən silah ala bilər, Ermənistan qardaş Yunanıstandan silah ala bilməz?”
İlham Əliyev müsahibəsində heç Yunanıstanın adını çəkməyib, dövlət başçısı Ermənistanı silahlandıran 3 dövlət - Fransa, Hindistan və ABŞ-ın ismini hallandırıb. Əlbəttə, Şarmazanovun təbirincə desək, qardaş Yunanıstan hər zaman Ermənistanı dəstəkləyib, ancaq bu ölkənin elə güclü hərbi-sənaye kompleksi yoxdur ki, “qardaşını” ayağa qaldırsın”, - politoloq vurğulayıb.
- Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu
- Paşinyandan Qarabağla bağlı üç etiraf...
- İrəvanı Moskva asılılığından Bakı xilas edəcək - Sekuta
- Azərbaycan və Suriya arasında görüş: Təhlükəsizlik...
- Müharibə vaxtı Azərbaycanın İsrailə yardım etməsi... - İran
- Bakı, Daşkənd və Aşqabad birgə bəyanat qəbul etdi
- Zəngəzur dəhlizindən nə qədər gəlir əldə olunacaq? - Uraloğlu
- Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik