AZAL təyyarəsinin Aktau limanı yaxınlığında qəzaya uğraması ilə bağlı “Rosaviasiya” məlumat yayıb.
BUTA.TV xəbər verir ki, qurum ilkin məlumata görə, quşlarla toqquşduqdan sonra təyyarənin kapitanının Aktaudakı alternativ aerodroma uçmaq qərarına gəldiyini bildirib.
“Quşla toqquşduqdan sonra təyyarənin göyərtəsində yaranmış fövqəladə vəziyyət səbəbindən komandir alternativ aerodroma uçmaq qərarına gəlib və Aktaunu seçib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan AZAl-a məxsus təyyarə duman səbəbindən hava limanına enə bilməyib. İlkin məlumatda bildirilirdi ki, əvvəlcə təyyarə Mahaçqalaya, daha sonra Aktauya yönləndirilib. Təyyarə Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşub və SOS siqnalı verib, Aktau limanının 3 km-liyində isə qəzaya uğrayıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı son məlumata görə, 28 nəfər qəzadan sağ çıxarılaraq, xəstəxanalara yerləşdirilib. Yaralılardan 7 nəfərinin vəziyyəti ağırdır.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı