Tacikistan Prezidenti İmaməli Rəhman "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Qazaxıstan Respublikasının Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə çoxsaylı insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Həlak olanların yaxınlarına səmimi qəlbdən başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik".
- Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
- İranda azərbaycanlı mollaların müəmmalı ölümləri...
- Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
- Yumurta boyda dolu yağdı - Video
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi