Qəzaya uğrayan “Embraer 190” işləməyən idarəetmə sistemləri ilə 50 dəqiqədən çox uçub.
BUTA.TV xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı Aktau hava limanındakı mənbəyə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, onlar Rostovdakı dispetçerdən AZAL təyyarəsində fövqəladə vəziyyət barədə məlumat alıblar.
“Pilotlar səhər saat 8:35-də (Bakı vaxtı ilə 09:35) təyyarənin quşlarla toqquşması barədə məlumat veriblər. Bundan sonra “Embraer”in göyərtəsində qaz balonu partlayıb və idarəetmə sistemləri sıradan çıxıb. Hava gəmisinin komandiri birbaşa Aktau hava limanına eniş tələb edib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, pilotlar təyyarəni yalnız mühərrikin gücü ilə idarə ediblər, çünki liftlər işləməyib. Təyyarə sahilə yaxınlaşanda ekipaj bir neçə dönüş həyata keçirib. Komandir hava limanında eniş üçün eniş konfiqurasiyası yarada bilməyib və bortu havadan seçilmiş yerə endirmək qərarına gəlib.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı