Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin pilotlarından biri olan Aleksandr Kalyaninov Bakı Avropa Liseyinin məzunu olub.
BUTA.TV xəbər verir ki, bu barədə lisey məlumat yayıb.
Təhsil müəsissəsi pilotla bağlı kədərli paylaşım edib:
“Ölkə kədər içindədir. Biz, Bakı Avropa Liseyinin müəllimləri üçün bu, şəxsi fəlakətdir: məzunumuz həlak olub. Bizim Aleksandr Kalyaninov. O, arzusunu həyata keçirdi: pilot oldu. Uğurlarına necə də sevinirdik. Kalyaninov hələ abituriyent və daha sonra tələbə olanda liseyə Türkiyədən təşəkkür məktubu göndərilib. Ağıllı, yaraşıqlı oğlan həyatının ən yaxşı çağında həlak oldu, postunda onlarla insanın həyatını xilas etdi. Ürək heç vaxt bu itki ilə barışmaz. Biz səmaya baxanda, uçan təyyarənin səsini eşidəndə Saşanı xatırlayacağıq. Əbədi yaddaşımızdasan... Ailəsinə və dostlarına başsağlığı diləyirik”, - deyə liseyin paylaşımda qeyd olunub.
Qeyd edək ki, Aktaudakı təyyarə qəzasında pilotların hər ikisi həlak olub.
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı
- Gürcüstanın Zəngəzur dəhlizinə qarşı olmasının səbəbi...
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video