Xəbər verdiyimiz kimi, türkiyəli məşhur astroloq Ayşən Tokun dekabrın 12-də X hesabında Azərbaycanda arzuolunmaz hadisənin yaşanacağına dair proqnozu diqqət çəkib.
BUTA.TV xəbər verir ki, astroloq növbəti dəfə Azərbaycanla bağlı xəbərdarlıq edib.
Astroloq hazırda bəzi ölkələrin müsbət, bəzi ölkələrin isə mənfi təsir altında olduğunu qeyd edib:
“31 dekabrı qız bürcündə yeni ay fazası və 14 yanvar əkizlər bürcündə bədirlənmiş ay Səudiyyə Ərəbistanı, Azərbaycan, İngiltərə, Türkiyə, Kanada kimi ölkələrə mənfi təsir edəcək. Lakin Misir, Şimali Kipr Türk Cümhuriyyəti, Ermənistan, Yunanıstan, Almaniya, İspaniya, Fransa, Niderland və Rusiya üçün müsbət təsirləri olacaq. Lakin ən çox İsrail, Ekvador, Çin, ABŞ, Ukrayna və İsveçrə zərər görəcək. Maddi ziyan isə İran, İraq və Suriyaya dəyəcək.
“Türkiyənin Balıkesir və Muğla bölgələrindən sonra Azərbaycanda da daha çox fəlakət yaşanmamasını arzu edirəm. Vulkanlar, mədənlər, dəniz ticarəti, əsgər və polislər risk altındadır”, - astoloq qeyd edib.
- Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu
- Paşinyandan Qarabağla bağlı üç etiraf...
- İrəvanı Moskva asılılığından Bakı xilas edəcək - Sekuta
- Azərbaycan və Suriya arasında görüş: Təhlükəsizlik...
- Müharibə vaxtı Azərbaycanın İsrailə yardım etməsi... - İran
- Bakı, Daşkənd və Aşqabad birgə bəyanat qəbul etdi
- Zəngəzur dəhlizindən nə qədər gəlir əldə olunacaq? - Uraloğlu
- Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik