Təcili yardım xidmətləri fəlakət zamanı ahəngdar və operativ hərəkət edib.
BUTA.TV “Tenqrinyus”a istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi müşavirədə deyib.
“Qəzanın daha ciddi nəticələrinin qarşısını ala və çoxlu insan həyatını xilas edə bildik. Xilasetmə işləri yüksək səviyyədə həyata keçirilib. Hadisə ilə bağlı hərtərəfli məlumat operativ şəkildə ictimaiyyətə çatdırılıb. Vətəndaşlarımız ilk dəqiqələrdən həmrəylik, səmimi şəfqət və təşkilatçılıq nümayiş etdirərək zərərçəkənlərə yardım əlini uzadıblar. İnsanlar qan vermək üçün növbəyə düzülüb. Bir çox soydaşımız Azərbaycan səfirliyinin binası önünə gül dəstələri qoyub. Bu reaksiya həm yerli, həm də xarici mətbuatda geniş işıqlandırılıb. Bütün dünya xilasedicilərimizin, həkimlərimizin, könüllülərimizin fədakar əməyinin şahidi oldu. Qonşu dost ölkələrin - Azərbaycan, Rusiya, Qırğızıstan vətəndaşları xüsusi minnətdarlıqlarını bildirirlər”, - Tokayev bildirib.
Qazaxıstan prezidenti təyyarə qəzasının nəticələrinin aradan qaldırılması zamanı şücaət və yüksək peşəkarlıq nümayiş etdirmiş vətəndaşların dövlət mükafatlarına təqdim olunmasını hökumətə tapşırıb.
- Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında
- Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi
- Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!
- Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video
- Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi
- Nazir Ermənistanla sülh prosesindən danışdı
- İrana qarşı əməliyyatlar narahatlıq yaradır - Bayramov
- Saakyandan “Hayastan” fondu ilə bağlı etiraf...