Almaniyanın “Bild” qəzetində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması zamanı pilotların yüksək peşəkarlığından bəhs edən məqalə yayımlanıb.
BUTA.TV Azərtac-a istinadla xəbər verir ki, "Qəhrəman pilotlar möcüzəni belə bacardılar" sərlövhəli məqalədə qəza enişi etməyə hazırlaşan təyyarənin sərnişinləri arasında ölüm qorxusunun hökm sürdüyü bir şəraitdə pilotların qeyri-adi cəsarəti sayəsində daha böyük insan itkisinin qarşısının alındığı, 67 sərnişindən 29-nun sağ qaldığı vurğulanıb. Yazıda Bakıdan Çeçenistana uçan təyyarənin Qroznı səmasında kənar müdaxilələrə məruz qalmasına baxmayaraq, Xəzər dənizi üzərindən Qazaxıstanadək bir neçə yüz kilometr məsafə qət etdiyi və Aktau yaxınlığında qəzaya uğradığı xatırlanıb. Təyyarənin qəzalı vəziyyətdə olmasına baxmayaraq, bu qədər uzun məsafə qət etməsinin pilotların peşəkarlığı sayəsində mümkün olduğu bildirilib.
“Bild” qəzetinə açıqlama verən aviasiya mütəxəssisi Yakob Vert pilotların peşəkarlığını möhtəşəm nailiyyət adlandırıb: “Uçuşun gedişatını və eniş cəhdini nəzərə aldıqda görürük ki, təyyarə nəzarətdən çıxıb. Pilotların zədələnmiş təyyarəni Xəzər dənizi üzərindən Aktauya çatdırması böyük nailiyyətdir”.
Məqalədə qeyd edilib ki, təyyarə açıq dənizin üzərində qəzaya uğrasaydı, bu, bütün sərnişinlər üçün ölüm demək olardı.
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?
- Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi