Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) Azərbaycan Hava Yollarına məxsus (AZAL) təyyarənin qəzaya uğramasının qərəzsiz və şəffaf araşdırılmasına çağırıb və 30 gün ərzində aralıq hesabatın dərc edilməsinin vacibliyini xatırladıb.
BUTA.TV xəbər verir ki, bu barədə təşkilatın məlumatında bildirilib.
“Belə araşdırma Çikaqo Konvensiyasının 13-cü əlavəsinin müddəalarına uyğun aparılmalıdır ki, bu da qəzadan 30 gün ərzində aralıq hesabatın dərc edilməsini tələb edir”, - assosiasiyasının bəyanatında qeyd olunur.
“Mülki hava gəmiləri heç vaxt hərbi əməliyyatların qəsdən və ya təsadüfi hədəfi olmamalıdır. Bir neçə ölkənin, o cümlədən Rusiya və Azərbaycanın hökumətlərinin işarə etdiyi kimi, Azərbaycan Hava Yollarının 8243 saylı reysinin hərbi əməliyyatların qurbanı ola biləcəyi ehtimalının yüksək olması hərtərəfli, şəffaf və qərəzsiz araşdırmanın aparılmasını ön plana çəkir. Dünya Çikaqo Konvensiyasında təsbit edilmiş beynəlxalq öhdəliklərə uyğun olaraq, 30 gün ərzində zəruri aralıq hesabatın dərc edilməsini səbirsizliklə gözləyir. Əgər bu faciəyə görə döyüşənlərin məsuliyyət daşıdığı qənaətinə gəlinsə, günahkarlar məsuliyyətə cəlb edilməli və ədalət məhkəməsinə verilməlidir”, – məlumatda IATA-nın baş direktoru Villi Uolşdan sitat gətirilib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu
- Paşinyandan Qarabağla bağlı üç etiraf...
- İrəvanı Moskva asılılığından Bakı xilas edəcək - Sekuta
- Azərbaycan və Suriya arasında görüş: Təhlükəsizlik...
- Müharibə vaxtı Azərbaycanın İsrailə yardım etməsi... - İran
- Bakı, Daşkənd və Aşqabad birgə bəyanat qəbul etdi
- Zəngəzur dəhlizindən nə qədər gəlir əldə olunacaq? - Uraloğlu
- Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik