Ukraynada Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adına təqaüd təsis ediləcək.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, pilotun adına azərbaycanlılar üçün təqaüd təsis ediləcək:
“Azərbaycanlıların Birləşmiş Diasporu Ukrayna Dövlət Uçuş Akademiyası və Azərbaycan Respublikasındakı Ukrayna səfirliyi ilə birlikdə Kropivnitskidəki Uçuş Akademiyasında təhsil alacaq gələcək azərbaycanlı pilotlar üçün Aleksandr Kalyaninovun adına ayrıca təqaüd təsis etmək imkanını nəzərdən keçirir”.
Qeyd edək ki, bundan öncə də sözügedən Akademiyanın sinif otaqlarından birinə Aleksandr Kalyaninovun adının veriləcəyi açıqlanmışdı.
Xatırladaq ki, AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
- Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video
- Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi
- Nazir Ermənistanla sülh prosesindən danışdı
- İrana qarşı əməliyyatlar narahatlıq yaradır - Bayramov
- Saakyandan “Hayastan” fondu ilə bağlı etiraf...
- Çinin 740 vətəndaşı İrandan Azərbaycana təxliyə edildi
- Mirzoyan Kallasla danışdı: Bakı ilə münasibət, İranda son vəziyyət...
- Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf