Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, üdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb.
Nazirliyinin rəhbər heyəti hərbi qulluqçuların müalicə prosesi ilə maraqlanıb, onların tezliklə sağlamlıqlarına qovuşaraq
Ordu sıralarında xidmətlərini davam etdirmələrini arzulayıb və şəxsi heyətə bayram hədiyyələri təqdim edib.
- Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu
- Paşinyandan Qarabağla bağlı üç etiraf...
- İrəvanı Moskva asılılığından Bakı xilas edəcək - Sekuta
- Azərbaycan və Suriya arasında görüş: Təhlükəsizlik...
- Müharibə vaxtı Azərbaycanın İsrailə yardım etməsi... - İran
- Bakı, Daşkənd və Aşqabad birgə bəyanat qəbul etdi
- Zəngəzur dəhlizindən nə qədər gəlir əldə olunacaq? - Uraloğlu
- Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik