Ötən gün Tiflisdə keçirilmiş aksiyada bir qrup etirazçının qaldırdığı plakatlar Gürcüstanın azərbaycanlı icmasının hiddətinə səbəb olub.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, plakatlarda Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Prezidenti Mixail Kavelaşvili və hakim Gürcü Arzusu Partiyasının fəxri sədri Bidzina İvanişvilinin şəkilləri karikatura formasında başlarında əmmamə ilə göstərilib.
Bayraq formasındakı plakatlara İran və “Hizbullah” terror təşkilatının bayraqları, “Təbriklər, qul!” sözləri da yerləşdirilib.
Gürcüstanın müsəlman icmasını qəzəbləndirən detal plakatlarda “La ilahə illallah Muhəmmədən RəsulAllah” ifadəsinin yer almasıdır. İcmanın fikrincə, İslam dininin başlıca ehkamlarından biri olan təkallahlığın qısa ifadəsi karikatura obyekti ola bilməz. İcma üzvləri bu halı İslama qarşı hörmətsizlik kimi qiymətləndirirlər.
Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri plakatları hazırlayan və aksiyada istifadəsinə yol verənlərin üzr istəməsini tələb edirlər.
Qeyd edək ki, ötəngünkü aksiyada Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasiminə etiraz ifadə olunub.
- Çinin 740 vətəndaşı İrandan Azərbaycana təxliyə edildi
- Mirzoyan Kallasla danışdı: Bakı ilə münasibət, İranda son vəziyyət...
- Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf
- Kazinoların açılması ilə bağlı layihə ilk oxunuşdan keçdi
- Paşinyan “Turan birliyi”ni dəstəklədi - İstanbulda şok cavab
- Növbəti addım: Naxçıvanın muxtar statusu ləğv edilir?
- Putinin “rus əsgəri çəkməsi” bəyanatı və Bakının addımı…
- Paşinyan Türkiyəyə buna görə gedibmiş - İnanılmaz detallar